Bank Of Baku

Bərdədə 17 yaşlı qız kanalda batıb

Bərdədə 17 yaşlı qız kanalda batıb
# 19 mart 2025 10:51 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızının axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR