Bərdədə 42 yaşlı kişi kanalda boğulub.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Lənbəran kənd sakini 1983-cü il təvəllüdlü Hafiz Zülfüqarov Yuxarı Qarabağ kanalında boğularaq ölüb. Onun ehtiyatsızlıqdan kanala yıxıldığı deyilir.
Faktla bağlı araşdırma aparılır.