Bank Of Baku

Bərdədə iki avtomobil toqquşub, 2 nəfər ölüb

Bərdədə iki avtomobil toqquşub, 2 nəfər ölüb
# 20 aprel 2023 09:25 (UTC +04:00)

Bərdədə yol qəzası olub.

APA xəbər verir ki, Həsənqaya kəndi ərazisində 2000-ci il təvəllüdlü Əzizov Feruz Raqub oğlunun idarə etdiyi "VAZ 21099" markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Sultanlı Əziz İlqar oğlunun idarə etdiyi "VAZ 21011" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ 21011" markalı avtomobildə olan sərnişin 1956-cı il təvəllüdlü Xankişiyev Murad Fazil oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb. "VAZ 21099" markalı avtomobilin sürücüsü Əzizov Feruz Raqub oğlu, avtomobildə olan sərnişin 2003-cü il təvəllüdlü Ağayev Mirəli Mehman oğlu, "VAZ 21011" markalı avtomobilin sürücüsü Sultanlı Əziz İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə RMX-yə yerləşdirilib. Ağayev Mirəli Mehman oğlu xəstəxanada dünyasını dəyişib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR