Bank Of Baku

Bərdədə iki qardaş və daha 2 nəfər tutulub, narkotik və silah götürülüb

Bərdədə iki qardaş və daha 2 nəfər tutulub, narkotik və silah götürülüb
# 04 may 2023 11:21 (UTC +04:00)

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə rayon sakinləri Pərviz Bədirov, Sərdar Talıbov, Vüsal Məmmədov və qardaşı Pərviz saxlanılıblar.

DİN-dən APA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı onlardan müxtəlif çəkidə heroin və marixuana aşkar olunub.

Davam etdirilən tədbirlərlə Pərviz Məmmədovun yaşadığı evə baxış zamanı oradan da heroin və qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR