Bank Of Baku

Beyləqanda silahlı şəxs tutulub - FOTO

Beyləqanda silahlı şəxs tutulub - FOTO
# 13 aprel 2023 13:07 (UTC +04:00)

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum edilmiş Şəmsi Əbilov saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı "Makarov" tapançası, həmin silaha aid 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR