Biləsuvarda bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Rayon sakini 18 yaşlı İ. İsayev bud və qarın nahiyəsindən bıçaq xəsarətləri alıb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA-nın cənub bürosuna bildirib ki, faktı törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək, saxlanılıb.
Faktla bağlı Biləsuvar rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.