Bank Of Baku

Biləsuvarda 6 nəfər dəm qazından zəhərlənib

Biləsuvarda 6 nəfər dəm qazından zəhərlənib
# 25 fevral 2025 09:16 (UTC +04:00)

Biləsuvarda 6 nəfər dəm qazından zəhərlənib.

APA xəbər verir ki, hadisə rayonun Çaylı kəndində baş verib.

Kənd sakinləri Əmirova Səidə Fazil qızı, Ağayev Saleh Əvəz oğlu, Ağayeva Sevda Əvəz qızı, Ağayev Əli Cabir oğlu, Ağazadə Zümrüd İzzət qızı və Ağayeva Gülay Cabir qızı yaşadıqları fərdi yaşayış evində dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, fevralın 24-də saat 10:00 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 6 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR