Avqustun 13-də Biləsuvar rayonunun Dərvişli kəndində 44 yaşlı kişinin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
APA xəbər verir ki, məlumata görə 1982-ci il təvəllüdlü Şölət Rüstəmli kənd ərazisində münaqişə zəminində kəsici alətlə qətlə yetirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş. polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır
***
20:49
Biləsuvarda kənd sakinləri arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Dəvrişli kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakinləri arasında yaranan mübahisə zamanı bir kişi bıçaqlanıb.
Bıçaq xəsarəti alan kişi rayon xəstəxanasına aparılarkən yolda ölüb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.