Bank Of Baku

Biləsuvarda yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO

Biləsuvarda yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO
# 30 may 2025 15:52 (UTC +04:00)

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 186-cı kilometrliyində, Biləsuvar rayonu ərazisində qeydə alınıb. "Ford" markalı yük avtomobili "Opel" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya bildirilib ki, mayın 30-da saat 15:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

İlkin Rzayev

Günay Elşən

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR