Bank Of Baku

Binəqədidə yanğınla bağlı, nəqliyyatın hərəkətinə məhdudiyyət aradan götürülüb - FOTOLENT - YENİLƏNİB

Binəqədidə yanğınla bağlı, nəqliyyatın hərəkətinə məhdudiyyət aradan götürülüb - FOTOLENT  - YENİLƏNİB
# 20 aprel 2025 17:09 (UTC +04:00)

Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində baş verən yanğın səbəbindən Ziya Bünyadov və Atatürk prospektləri, Cəfər Xəndan, Əcəmi Naxçivani küçələrindən Səttar Bəhlulzadə, Ağasadıq Gəraybəyli küçələri istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

***

15:37

Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində baş verən yanğın səbəbindən Ziya Bünyadov və Atatürk prospektləri, Cəfər Xəndan, Əcəmi Naxçivani küçələrindən Səttar Bəhlulzadə, Ağasadıq Gəraybəyli küçələri istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR