Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) indiyədək ümumilikdə 258 nəfərin Ermənistana, 287 nəfərin isə Ermənistandan Laçın yolu ilə keçərək ailələri ilə qovuşmasına yardımçı olub.
Bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
O qeyd edib ki, komitə gələcəkdə də tərəflərin və ailələrin razılığı və onlarla müzakirələrin nəticəsində, ailələrinə qovuşmalarına neytral vasitəçi olaraq dəstək verməyə hazırdır.