Ötən il dekabrın 19-dan bəri Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) humanitar neytral vasitəçi olaraq, həmçinin Laçın koridoru boyu 43 tibbi təxliyə həyata keçirib.
Bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirib ki, bu əməliyyatlar zamanı 305 nəfər xəstə və onları müşayiət edən şəxslər təxliyə olunub və səhiyyə qurumlarına dərmanlar çatdırılıb: “Biz neytral vasitəçi olaraq humanitar məsələlərin qarşılanması istiqamətində dəstək verməyə hazırıq”.