Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 100 930 hektar olmaqla, ümumilikdə 308 945 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.
APA xəbər verir ki, bu barədə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun Cəbrayıl rayonunda keçirilən növbəti iclasında bildirilib.
Təmizləmə əməliyyatları nəticəsində 267 932 ədəd partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Təhlükəsizliyin təmin olunması məqsədilə keçmiş təmas xətti boyu mina və digər partlayıcı susatlarla yüksək səviyyədə çirklənmiş 412 km ərazidə çəpərlənmə işləri həyata keçirilib.