Cəlilabadda külli miqdarda anbardan külli miqdarda yem oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də “Cəlilabad Broyler” ASC-yə məxsus anbardan 50 min manat dəyərində 50 ton yem oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.İsmayıllı, V.İsmayıllı və R.Nuriyev saxlanılıblar.