Cəlilabad rayonunda yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.
Həkətdə olan "Toyota Prado" markalı avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb.
Yaralılar rayon xəstəxanaya hospitalizasiya olunublar.
Xəsarət alanların bir ailənin üzvləri, Şatırlı kənd sakinləri - 1985-ci il təvəllüdlü Kəmalə Rüstəmova, 13 və 11 yaşlı qızları və 7 yaşlı oğlu olduğu bildirilir.