Cəlilabadda avtomobilin vurduğu iki qardaşdan biri ölüb - YENİLƏNİB

Cəlilabadda avtomobilin vurduğu iki qardaşdan biri ölüb - YENİLƏNİB
# 21 noyabr 2022 10:14 (UTC +04:00)

DİN Cəlilabadda iki qardaşın avtomobillə vurulması və onlardan birinin ölməsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA-nın cənub bürosuna bildirib ki, noyabrın 20-də gecə saatlarında Cəlilabad rayon sakini F. Əmirov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Kazımabad kəndi ərazisində hərəkətdə olarkən Göytəpə şəhər sakinləri, Gündüz Kərimov və qardaşı O. Kərimovu vurub. Hər iki şəxs xəstəxanaya çatdırılsa da, G.Kərimov aldığı xəsarətlərdən 21 noyabr səhər saatlarında dünyasını dəyişib.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

***

09.16

Noyabrın 20-də Cəlilabadda avtomobilin vurduğu iki qardaşdan biri ölüb.

APA-nın Cənub bürosu məlumat verir ki, 22 yaşlı Gündüz Tacəddin oğlu Kərimov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə dünən Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində baş verib. Yolu qarşı tərəfə keçmək istəyən Orxan və Gündüz Kərimov qardaşlarını avtomobil vurub, Gündüz Kərimov koma vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onu komadan çıxartmaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR