Cəlilabad rayonunda 5 otaqlı ev yanıb.
APA-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Alar kəndində, Məmmədhüseyn Quliyevə məxsus birmərtəbəli, beş otaqlı, ümumi sahəsi 144 kvadratmetr olan fərdi yaşayış evində qeydə alınıb.
Hadisə yerinə FHN-in Cəlilabad yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
İlkin məlumata görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.