Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. İki nəqliyyat vasitəsinin toqquşduğu qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Cəlilabadda Vaz2101 markalı avtomobil, BMW markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində Vaz 2101 markalı avtomobilin sürücüsü Sabir Niftəliyev xəsarət alıb, avtomobildəki sərnişin Gülsüm Abdullayeva dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.