Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
APA-nın Cənub bürosunun məlumatına görə, xəsarət alanlar Cəlilabad rayon sakinləridir.
Bunlar:
1987-ci il təvəllüdlü Zaur Əliyev,
1953-cü il təvəllüdlü Məmməd Məmmədov və
1957-ci il təvəllüdlü Töhvə Məmmədovadır.
Xəsarət alanların hər üçü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
***
18.54
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ-2106" markalı minik avtomobili idarəetmənin itməsi nəticəsində yol kənarındakı maneəyə çırpılıb. Nəticədə 3 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.