Cəlilabadda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
APA-nın Cənub bürosunun məlumatına görə, qəza nəticəsində rayonun Bayxanlı kənd sakini, 1994-cü il təvəllüdlü Paşa Əyyub oğlu Şərifov ölüb.
Həmkəndlisi, 1991-ci il təvəllüdlü Məzahir Vaqif oğlu Sadıqov və Sərxanlı kənd sakini 1961-ci il təvəllüdlü Fərhad Umudəli oğlu Nəsirov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd edək ki, hadisə rayonunun Gülməmmədli kəndi ərazisində qeydə alınıb. Qəzada "VAZ 2107" markalı minik avtomobili ilə "QAZ 2705" markalı yük avtomobili toqquşub.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA-ya bildirib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
***
Saat 17:36
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
APA-nın Cənub bürosunun məlumatına görə, yol qəzası rayonun Gülməmmədli kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində bir nəfərin öldüyü, bir nəfərin ağır xəsarət aldığı bildirilir.
Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.