Cəlilabadda zəncirvari qəza olub, maşın aşıb

Cəlilabadda zəncirvari qəza olub, maşın aşıb
# 11 may 2024 10:00 (UTC +04:00)

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Cəlilabad rayon sakini Həsən Əsgərlinin idarə etdiyi "Nissan" markalı avtomobil yol kənarında hərəkətsiz dayanan iki minik maşınına çırpılıb və yolun hərəkət hissəsində aşıb.

Avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR