Bank Of Baku

Culfa sakinindən avtomat götürülüb

Culfa sakinindən avtomat götürülüb
# 17 aprel 2023 11:36 (UTC +04:00)

Naxçıvanda Culfa sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında Xanəgah kənd sakini Adil Yusifovun evində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan 3 ədəd 7,62 çaplı patron, 1 ədəd süngü bıçaq və 1 ədəd durbin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onun kəndin “Buzxana” adlanan ərazisində “AK-74” markalı avtomat silahı, 2 ədəd daraq, 524 ədəd müxtəlif çaplı patron və 1 ədəd “Maqnum” markalı ov tüfəngini gizlətməsi də müəyyən olunub.

Davam etdirilən tədbirlərlə həmin yerə baxış zamanı qeyd edilən silahlar oradan aşkar olunaraq götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR