Bank Of Baku

Dövlət Agentliyi: İstismardan əvvəl attraksionların texniki sənədləri agentliyə təqdim olunmalıdır

Sahil Mənsimov

© APA | Sahil Mənsimov

# 18 mart 2025 12:50 (UTC +04:00)

“İstismardan əvvəl attraksionların texniki sənədləri agentliyə təqdim olunmalıdır”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müffətişliyinin rəisi Sahil Mənsimov deyib.

O bildirib ki, attraksionlar tibbi müayindən keçmiş operatorlar tərəfindən idarə olunmalıdır:

“Mexanikləşdirilmiş attraksionlar təhlükəli obyektlər olduğu üçün həmin qurğular dövlət qeydiyyatına alınmalıdır.
Attraksionun fəaliyyətinə icazəni bizim müffəttişlik verir. Bu gün Dənizkənarı Bulvar İdarəsinin balansında olan attraksionlara baxış keçirildi. Qurğular zavod istehsalıdır. Ümumilikdə, qeyri-standart attraksionların istismarına icazə verilmir. Sahibkarlar attraksionlara zamanında texniki baxış keçirməlidir. Biz həmin attraksionlara texniki nəzarətin edilməsi üçün dövlət nəzarətini həyata keçiririk”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR