Bank Of Baku

Dövlət sərhədini pozmağa cəhd göstərən Nepal və Şri-Lanka vətəndaşları saxlanılıb - FOTO

Dövlət sərhədini pozmağa cəhd göstərən Nepal və Şri-Lanka vətəndaşları saxlanılıb - FOTO
# 18 aprel 2023 14:07 (UTC +04:00)

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qеyri-lеqal miqrasiyaya qarşı mübarizə tədbirləri davam еtdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, aprel ayının 6-da saat 01:08-də Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Nepal Federativ Demokratik Respublikası və 2 (iki) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə bələdçilik edən Azərbaycan Respublikası vətəndaşı Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Hüseynov Nadir Hidayət oğlu müəyyən edilərək istintaqa cəlb edilib.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR