Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımov barəsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 21-nə təyin edilib.
E. Qasımova Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham verilib. O, 212 min manat mənimsəmədə ittiham olunur.
Bu iş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.