Bank Of Baku

DSX: İrandan pilotsuz uçuş aparatı ilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb

DSX: İrandan pilotsuz uçuş aparatı ilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb
# 31 mart 2025 11:57 (UTC +04:00)

Mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə APA-ya DSX-nın Mətbuat mərkəzindən məlumat verilib.

Qoşun-əməliyyat tədbirləri nəticəsində kiçik həcmli uçuş vasitəsi zərərsizləşdirilib, 460 qram narkotik vasitə marixuana ərazidən götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR