Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində də icra edilib.
APA xəbər verir ki, sərəncam müəssisədə cəza çəkən 12 nəfərə şamil edilib və onlar azadlığa buraxılıb.
Azadlığa buraxılandan biri Çin Xalq Respublikasının vətəndaşı olub.