Bank Of Baku

Elşad Hacıyev: Avropada kiberdələduzluğa görə zərərçəkmiş heç kimin pulu geri qayıtmayıb

DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev

© APA | DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev

# 02 may 2025 15:28 (UTC +04:00)

Avropada kiberdələduzluğa görə zərərçəkmiş heç kimin pulu geri qayıtmayıb.

APA xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzusunda panel sessiyada Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, əgər kiberdələduzluğa məruz qalan pullar Azərbaycandadırsa, tapılır, amma xaricdədirsə, tapılmır.

“Pul vəsaiti kartdan çıxarılıbsa, 1 saat ərzində xəbər verilmirsə, sonra pul itir, ölkədən çıxarılır. Sonradan bilmək olmur o pul hara gedir. Kibercinayətlərə müəllimlər, həkimlər, yüksək vəzifəli şəxslər də məruz qalır. Bankların təhlükəsizliyində problem yoxdur. Günahkar axtarmayaq”, - DİN rəsmisi vurğulayıb.

Elşad Hacıyev deyib ki, vətəndaşlarımız kibertəhdidlər kontekstində sosial şəbəkə məsələlərində çox ehtiyatsızdır.

O bildirib ki, bugünkü dövrdə ən çox narahatlıq yaradan hallar - kiberdələduzluq, kiberoğurluqdur: “Kiberdələduzluq halları əsasən xaricdən gələn zənglər vasitəsilə vətəndaşın bank kartına müdaxilə edilməsi, hansısa alış-veriş saytında onun öz şəxsi məlumatlarını, yəni bank kart məlumatlarını daxil etməklə alış-veriş etməsi və s. hallar üzrə baş verir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR