Erməni terrorçuları məhkəmədə ifadə verib - YENİLƏNİB-2 - FOTO

Erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün məhkəməsi

© APA | Erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün məhkəməsi

# 02 iyul 2021 17:10 (UTC +04:00)

Erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün-Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında Bakı Ağır Cinayətlər Məhkəməsin hakimi Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Arutyunyan Varazdat ifadə verib.

O bildirib ki, hərbi hissədə silahlanıblar və daha sonra Xocavənd rayonunun ərazisinə gətiriliblər. Qeyd edib ki, onların heç biri oranın adını bilməyib: "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını bilirdik. Bizə demişdilər ki, Ermənistanla sərhədləri qoruyacağıq".

Digər təqsirləndirilən Serop Avakyan, Qriqor Kureqyan ifadələrində Azərbaycan ərazisində silahlı birləşmənin tərkibində iştirak etdiyi üçün peşman olduğunu söyləyib.

Hakim bildirib ki, ittiham aktı üzrə təqsirləndirilən şəxslərin dindirilməsi başa çatıb.

Prosesdə şahid qismində hərbi qulluqçular dindirilib.

Onlar bildirib ki, ermənilərin Hadrut istiqamətində özlərinə mövqe tutması ilə bağlı onlara məlumat daxil olub: "Dekabrın 12-də Əlican kəndi yaxınlığında bizə həyacan siqnalı verildi. Biz həmin istiqamətdə irəlilədik. Onlar dağdan enəndə mühasirəyə aldıq. Təslim oldular, silahlarını təhvil götürdük. Onları bazamıza gətirərək, adiyyatı üzrə təhvil verdik. Ayın 14-də daha iki nəfəri zərərsizləşdirirək təhvil vemişik".

Proses iyulun 6-da davam edəcək.

***

13.24

Erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün-Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Manukyan Jora Vanoeviç ifadə verib.

O ifadəsində bildirib ki, ötən ilin noyabrında hərbi komisarlıqdan ona çağırış vəriqəsi göndəriblər: "Hərbi komissarlığa getdim, orada silah və 120 ədəd patronla təmin olundum. Bizə dedilər ki, Ermənistan sərhədlərini qoruyacaqsınız. Avtobuslarla yola düşdük. Gecə bir yerə çatdıq. Orada gecələdik. Səhər açılanda həmin yerin Laçın olduğunu bildik. Daha sonra sülhməramlıların yanından keçdik. 40 dəqiqə yol getdikdən sonra dağın yanında düşdük. Oradan piyada qalxdıq. Bizim komandirimiz Arsen Kazaryan idi. O bizi bir müddət sonra gəlib burdan götürəcəyini dedi. Dekabrın 13-də əmr gəldi ki, aşağı düşün. Biz düşəndə Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən saxlanıldıq. Silahlarımızı onlara verərək təslim olduq.

Stepanyan David Stepanoviç də digər təqsirləndirilən şəxslərlə eyni məzmunlu ifadə verib.

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, noyabrın 27-də Laçına gəliblər.

Təqsirləndirilən Artur Baqdasaryan isə ifadəsində deyib ki, 10 noyabrda imzalanan bəyanamanin bəndələrindən xəbəri olmayıb.

Həmçinin təqsirləndirilən şəxslər müharibə vaxtı Cəbrayıl istiqamətində olduqlarını, daha sonra oradan qaçaraq geri qayıtdıqlarını etiraf ediblər.

Proses davam edir.

***

10.17

Bu gün erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün-Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında Bakı Ağır Cinayətlər Məhkəməsin hakimi Eldar İsmayılov sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verirlər.

***

07.45

Bu gün erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün-Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

APA xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında Bakı Ağır Cinayətlər Məhkəməsin hakimi Eldar İsmayılov sədrliyi keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin ifadə verməsi gözlənilir. Qeyd edək ki, rəsmi məlumata əsasən Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər. Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR