Bank Of Baku

FHN: Buz bağlayan yolda qalan “Jeep" və "Mitsubishi" markalı minik avtomobillərinə köməklik göstərilib - VİDEO

FHN: Buz bağlayan yolda qalan “Jeep" və "Mitsubishi" markalı minik avtomobillərinə köməklik göstərilib - VİDEO
# 25 yanvar 2026 12:44 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzuli rayonu ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “Jeep" və "Mitsubishi" markalı minik avtomobillərinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR