Bank Of Baku

FHN-in səyyar mobil hospitalı Türkiyədə zəlzələdən zərərçəkənlərə xidmət göstərir - FOTO

FHN-in səyyar mobil hospitalı Türkiyədə zəlzələdən zərərçəkənlərə xidmət göstərir - FOTO
# 09 fevral 2023 18:06 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) səyyar mobil hospitalı fevralın 8-də qurulmağa başladı və bu gündən etibarən fəaliyyət göstərməyə başlayıb. Biz artıq Türkiyədəki zəlzələdən zərərçəkənləri qəbul edirik.

APA-nın Türkiyədə zəlzələ bölgəsinə ezam olunan əməkdaşı xəbər verir ki, bunu FHN-in Tibb mərkəzinin poliklinika şöbəsinin terapevti, tibb xidməti kapitanı Qurban Eyvazov deyib.

“Qəbul etdiyimiz xəstələrə ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıblar. Mobil səhra hospitalı laboratoriya, qəbul-çeşidləmə, yəni ilkin tibbi yardım otağından, reanimasiya otağından, intensiv terapiya otağından və cərrahiyyə bölməsindən ibarətdir”, - o əlavə edib.

Tibb kapitanı qeyd edib ki, həmçinin burada səyyar rentgen və USM aparatları da var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR