Fövqəladə Hallar Nazirliyinin(FHN) Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı və Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin iştirakı ilə iyulun 16-da Qəbələ şəhərində yerləşən İntellektual İnkişaf Naminə İctimai Birlikdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
FHN-dən APA-ya verilən məlumata görə, tədbirdə Birliyin Yay Məktəbinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə iştirakçılara Mərkəzin əməkdaşları tərəfindən “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə və meşədə yanğın təhlükəsizliyi qaydaları”, “Odsöndürücü balondan istifadə qaydaları”, “Sel və daşqın”, “Nəqliyyat qəzaları” və “112” qaynar telefon xətti” mövzularında məlumatlar verilib, videoçarxlar nümayiş olunub.
Sonda mövzulara dair suallar cavablandırılıb, şagirdlərə “Fövqəladə hallarla bağlı əsas davranış qaydaları” adlı maarifləndirici kitabçalar təqdim edilib.