FHN Masallıda “Meşələri yanğından qoruyaq” mövzusunda tədbir keçirib

FHN Masallıda tədbir keçirib

© APA | FHN Masallıda tədbir keçirib

# 18 iyun 2021 15:44 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Masallı rayonu ərazisində Yiyəkənd meşəbəyliyinin 10 saylı dolayında “Meşələri yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Masallı regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçılarına ilkin yanğınsöndürmə alət və vasitələrindən istifadə üsulları, meşələrdə və meşələrə yaxın ərazilərdə yerləşən ictimai-iaşə obyektlərində yanğın təhlükəsizliyi qaydaları barədə geniş məlumat verilib, yanğın təhlükəsizliyinə dair təşviqat xarakterli stendlər nümayiş olunub və mövzu ilə bağlı suallar cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara yanğın təhlükəsizliyi mövzusunda yaddaş kitabçaları paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR