Bank Of Baku

FHN: Ötən həftə 576 yanğına çıxış olub, 69 nəfər xilas edilib - VİDEO

FHN: Ötən həftə 576 yanğına çıxış olub, 69 nəfər xilas edilib - VİDEO
# 29 iyun 2026 10:23 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 576 yanğına çıxış, 46 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 69 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR