Bank Of Baku

FHN: Ötən sutka 31 yanğına çıxış olub, 4 nəfər xilas edilib

FHN: Ötən sutka 31 yanğına çıxış olub, 4 nəfər xilas edilib
# 28 fevral 2025 10:48 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında qeyd olunub.

Məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib, yanğın zamanı 3 nəfər təxliyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR