Bank Of Baku

FHN xilasediciləri Kahramanmaraşda dağıntılar altından 17 yaşlı oğlanı və 12 yaşlı qızı xilas edib - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

FHN xilasediciləri Kahramanmaraşda dağıntılar altından 17 yaşlı oğlanı və 12 yaşlı qızı xilas edib - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
# 10 fevral 2023 13:00 (UTC +04:00)

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, əməliyyatlar çərçivəsində dünən Kahramanmaraşda FHN-in xilasedicilərinin şücaəti və peşəkarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən sonra dağıntılar altında 86 saat qalmış (dünən Türkiyə vaxtı ilə saat 18:00 radələri) 17 yaşlı yeniyetmə oğlan və 89 saat sonra isə (Türkiyə vaxtı ilə saat 21:00 radələri) 12 yaşlı qız uşağı sağ xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR