Bank Of Baku

Füzulidə avtomobil traktorla toqquşub, azyaşlı ölüb - FOTO

Füzulidə avtomobil traktorla toqquşub, azyaşlı ölüb - FOTO
# 19 fevral 2025 10:34 (UTC +04:00)

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Alxanlı kəndində qeydə alınıb.

1997-ci il təvəllüdlü Xəyyam Məmmədovun idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə 1997-ci il təvəllüdlü Əmrah Məhərrəmovun idarə etdiyi “Belarus 892” markalı traktor toqquşub.

Hadisə nəticəsində “Mercedes Benz”də olan sərnişin 2023-cü il təvəllüdlü Rəşad Məmmədov xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırılma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR