Gədəbəydə meyit tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, aprelin 11-i Gədəbəy şəhərində İnəkboğan kənd sakini 1966-cı il təvəllüdlü T. Musayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.