Gəncə güllə yarası nəticəsində şəxsin xəsarət alması ilə bağlı hadisənin təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, 32 yaşlı Gəncə şəhər sakini, Z. Əsgərov tir tüfəngi ilə ehtiyatsız davranış nəticəsində xəsarət alıb.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.
***
18:49
Gəncədə sakini silahdan açılan atəş nəticəsində xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1994-cü il təvəllüdlü Z.Əsgərov ürək nahiyəsindən silahdan açılan atəş nəticəsində xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat edilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.
Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.