Gəncə sakini restoranda bıçaqlanıb

Gəncə sakini restoranda bıçaqlanıb
# 16 may 2025 08:42 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən restoranların birində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Y. İbrahimov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə Y. İbrahimov restoranların birində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, mayın 16-da saat 08:30 radələrində 1994-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Sol budun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib.

Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR