Bank Of Baku

Gəncədə 26 yaşlı oğlan bıçaqlanıb

Gəncədə 26 yaşlı oğlan bıçaqlanıb
# 19 mart 2025 15:11 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən xəstəxanalardan birinin qarşısında qeydə alınıb. 1999-cu il təvəllüdlü Z.Rzayev kürəyindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR