Bank Of Baku

Gəncədə 31 yaşlı qadın dəm qazından zəhərlənib

Gəncədə 31 yaşlı qadın dəm qazından zəhərlənib
# 03 aprel 2025 20:11 (UTC +04:00)

Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 1994-cı il təvəllüdlü L. Əkbərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, L. Əkbərova yaşadığı evin hamamında dəm qazından zəhərlənib.

TƏBİB-dən APA-ya bildirilib ki, aprelin 3-də saat 19:50 radələrində 1994-cü il təvəllüdlü şəxs (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR