Gəncədə toyda 4 nəfəri bıçaqlayan şəxslər saxlanılıb

Gəncədə toyda 4 nəfəri bıçaqlayan şəxslər saxlanılıb
# 11 dekabr 2023 09:28 (UTC +04:00)

Gəncədə Mahrasa bağı adlanan ərazidə yerləşən şadlıq saraylarından birindəki toyda 4 nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kəsici-deşici alətlə 4 nəfər şəxsə xəsarət yetirməkdə şübhəli bilinən Samir Musayev və Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR