Gəncədə 58 yaşlı qadın dəm qazından zəhərlənib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bəxtiyar Əliyev küçəsində qeydə alınıb.
1963-cü il təvəllüdlü Mahirə Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 58 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.
Gəncədə 58 yaşlı qadın dəm qazından zəhərlənib - VİDEO
28 noyabr 2021 13:43 (UTC +04:00)