Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə, şəhərin Nizami Gəncəvi prospektində "Hyundai" markalı minik maşını yolu keçmək istəyən 1954-cü il təvəllüdlü E.Səfərovanı vurub.
Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib, onu xilas etmək mümkün olmayıb.