Bank Of Baku

Gəncədə avtomobil qazılan yolda torpaq təpəsinə çırpılaraq aşıb - FOTO

Gəncədə avtomobil qazılan yolda torpaq təpəsinə çırpılaraq aşıb - FOTO
# 27 mart 2025 06:06 (UTC +04:00)

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "LADA Priora" markalı minik avtomobili prospektlə hərəkətdə olan zaman qazılan yolda torpaq təpəsinə çırpılıb.

Zərbənin təsirindən avtomobil yolun kənarına aşıb. Qəza zamanı sürücü 1989-cu il təvəllüdlü Q. Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Avtomobilə isə ciddi ziyan dəyib. Məlumata görə qəza baş verən ərazidə elektrik xətlərinin yenilənməsi üçün bir müddətdir ki, yolun hərəkət hissəsi qazılıb.

Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR