Bank Of Baku

Gəncədə evdə ölü uşaq doğulub

Gəncədə evdə ölü uşaq doğulub
# 05 mart 2026 10:13 (UTC +04:00)

Gəncədə ölü uşaq doğulub.

APA xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. 1979-cu il təvəllüdlü A.Qasımova yaşadığı evdə ölü uşaq dünyaya gətirib.

Faktla bağlı araşdırma aparılır.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-ya verilən məlumata görə, martın 4-də saat 02:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Gəncə şəhəri, Sevinc qəsəbəsi 32 ünvanından çağırış daxil olub: "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1979-cu il təvəllüdlü şəxs (qadın) 5 aylıq hamiləlik (düşük) səbəbindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR