Azərbaycan və Litva arasında birbaşa uçuşlar mövzusunun gündəmdə saxlanılması barədə razılığa gəlinib.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu məsələnin həll edilməsi turist axını və s. istiqamətlərdə əlavə təkan olacaq.