Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib. 1999-cu il təvəllüdlü A. Həmzəyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 26 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya verilən məlumata görə, aprelin 15-də saat 21:50 radələrində 1999-cu il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.