Gəncədə güclü külək fəsadlar törədib

Gəncədə güclü külək fəsadlar törədib
# 16 iyun 2025 14:12 (UTC +04:00)

Gəncədə külək iri gövdəli ağacı aşırıb.

APA-nın yerli bürosunun məlumatına görə, iri gövdəli ağac şəhərin Nəriman Nərimanov prospektində yolun hərəkət hissəsinə aşıb. Nəticədə, avtomobillərin hərəkətində çətinliklər yaranıb. Dərhal əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunublar. Qırılan ağac yolun hərəkət hissəsindən götürülüb, yolda hərəkət tam bərpa olunub.

Qeyd edək ki, hazırda qərb bölgəsində küləkli hava şəraiti hökm sürür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR